“Ermənistanı Qarabağın aqibəti gözləyir”

“Ermənistanı Qarabağın aqibəti gözləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ana Ermənistan” Partiyasının sədri, hazırda həbsdə olan Andranik Tevanyan həbsxanadan müraciət ünvanlayıb.

Tribuna.az xəbər verir ki, o, Ermənistanda vəziyyətin ağır olduğunu bildirib.

Tevanyan iddia edib ki, hazırda ölkədə repressiya var və hakimiyyət rəqiblərini sıxışdırmaq üçün onları həbs edir.

Partiya sədri müraciətinin sonunda Ermənistanı da Qarabağın aqibəti gözlədiyini bildirib. O deyib ki, bunun qarşısını almaq üçün müqavimət göstərmək lazımdır. “Qarabağın taleyindən qaçmağın yeganə yolu genişmiqyaslı müqavimətdir”.

Fərda Uğur