Ermənistanda Qarabağdan gedənlərə nifrət var – Səbəb

Ermənistanda Qarabağdan gedənlərə nifrət var – Səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma “artsax İctimai Şurası”nın üzvü Nare Simonyan Qarabağdan gedən erməniləri hədəf alan, yalan məlumat və təhqiramiz ifadələr yayan şəxsləri hüquqi cəhətdən məsuliyyətə cəlb etmək üçün bir neçə dəfə cəhd etdiklərini açıqlayıb. Tribuna.az xəbər verir ki, onun sözlərinə görə, bu cür nəşrlərdə tez-tez mənfi davranışlar Qarabağ ermənilərinə aid edilir. Məsələn, onların Ermənistana qarşı nifrət dolu münasibət bəslədikləri və ya əsgərləri dəstəkləməkdən imtina etdikləri deyilir. Simonyanın sözlərinə görə, bu cür iddialar reallığa uyğun gəlmir və ictimai düşmənçilik yaradır.

Simonyan vurğulayıb ki, Qarabağ ermənilərinin vəziyyətində əks vəziyyət müşahidə olunur. Onun sözlərinə görə, onlar siyasi mövqelərini açıq şəkildə ifadə etdikdə tez-tez sürətli məhkəmə tədbirləri ilə üzləşirlər.

 

Həsən Ağa