Ermənistan XİN-i Vardanyanın arvadına dəstək verəcək

Ermənistan XİN-i Vardanyanın arvadına dəstək verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti Xarici İşlər Nazirliyi vasitəsilə Bakıda həbsdə olan separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend ilə görüş təşkil etməyə hazır olduğunu bildirib.

Tribuna.az xəbər verir ki, nazirlik rəsmisi bununla bağlı “İravunk” qəzetinin sorğusuna cavab olaraq bildirib.

Hökumətdəki nümayəndə bildirib ki, onlar artıq Zonabend ilə əlaqə saxlayıb və XİN-dəki müvafiq vəzifəli şəxsin əlaqə məlumatlarını təqdim ediblər ki, görüşü onun üçün əlverişli vaxtda təşkil etsinlər. “Məsələnin həssaslığını nəzərə alaraq, Hökumət qaldırılan məsələləri həll etmək, eləcə də Azərbaycan Respublikasında həbsdə olan soydaşlarımızın geri qaytarılması və onların hüquqlarının qorunması üçün atılan addımları və tədbirləri təqdim etmək üçün məsul departament vasitəsilə xanım Zonabend ilə görüş təşkil etməyə hazır olduğunu bildirib”.

Fərda Uğur