Fransa lideri Makron İrəvan sammitində deyib ki, 8 il əvvəl Ermənistan Rusiyanın peykində idi və bu ölkəyə belə yığışmaq olmazdı.
Tribuna.az-a danışan professor Qabil Hüseynli bildirib ki, bu mesaj Rusiyaya yönəlib və Ermənistanın ondan qoparılması kimi oxunmalıdır. Politoloq hesab edir ki, Avropa Birliyi və Rusiya Ermənistanda rəqabətdədir: “Bu qarşıdurma özünü seçkilərdə göstərəcək. Brüsselin və Makronun dəstəklədiyi Paşinyanla Kremlin müdafiə etdiyi Karapetyan mübarizəsi gedəcək. Əslində, bu sammit də Paşinyana verilən açıq dəstəkdir. Ona görə də Makron demək istəyib ki, Ermənistanda Avropa İttifaqı var və bu ölkə artıq Rusiyanın forpostu və ya vassalı deyil”.
Q.Hüseynli bildirib ki, bütün hallarda Rusiyanın Ermənistanda siyasi-iqtisadi və hərbi mövcudluğu qalır və qarşıdakı dövrdə Paşinyan üçün çətin olacaq.
Həsən Ağa









