“Ermənistan TRİPP-də subyekt yox, obyektdir”

“Ermənistan TRİPP-də subyekt yox, obyektdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“TRIPP-də Ermənistan subyekt deyil, obyektdir”.

Tribuna.az xəbər verir ki, bunu politoloq Suren Surenyants deyib.

Onun sözlərinə görə, Paşinyan əslində TRIPP-nin Ermənistan ərazisindən (Naxçıvandan sonra) davam etməməsinin məsuliyyətini Rusiyaya aid etməyə çalışır. “Bunu Ermənistan dəmir yolunun Rusiyanın nəzarəti altında olması ilə əsaslandırır”.

Surenyants iddia edib ki, TRIPP-nin siyasi arxitekturası əvvəlcə Ermənistanın (Naxçıvandan sonra) iştirakını nəzərdə tutmurdu. “Əgər Türkiyə Qars-İğdır-Naxçıvan dəmir yolunu açıq şəkildə Ermənistandan yan keçərək tikirsə, onda strateji qərarın Moskvada deyil, Vaşinqton-Ankara-Bakı oxunda verildiyi açıq-aydındır”.

Fərda Uğur