Ermənistan rus hərbçilərini Türkiyə sərhəddindən geri çəkir

Ermənistan rus hərbçilərini Türkiyə sərhəddindən geri çəkir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim rusları Ermənistan-Türkiyə sərhədindən çıxarmaq barədə istəyimiz var”. Tribuna.az bildirir ki, bu sözləri Ermənistan parlamentinin deputatı Vaaqn Aleksanyan deyib.

O bildirib ki, bu məsələ ilə bağlı ciddi şəkildə düşünürlər. “Bu barədə düşünürük. Və lazım gələrsə, bunu hamı görəcək və həmin addımı atacağıq. Necə ki, bunu hava limanında həyata keçirdik”.

Xatırladaq ki, hal hazırda Ermənistanın Türkiyə və İranla sərhəddini Rusiya hərbçiləri qoruyurlar.

Fərda Uğur