Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına (MSK) Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryana, eləcə də parlamentə namizədlər Asatur Köçəryana və Ruslan Barseqyana qarşı cinayət işinin başlanmasına icazə verilməsi üçün ərizə təqdim edib.
Tribuna.az xəbər verir ki, bu barədə MSK-nın mətbuat xidmət məlumat yayıb.
Qeyd edək ki, Ruslan Barseqyan “Ermənistan” blokunun seçki siyahısında 62-ci, Asatur Köçəryan isə 154-cü yerdədir.









