Ötən gün Ermənistan parlamentinin spikeri Alen Simonyan 44 günlük müharibədə ölkəsinin itkilərini açıqlayıb.
Tribuna.az xəbər verir ki, o, döyüşlərdə 3833 nəfərin (o cümlədən 78 mülki şəxs, 3755 hərbçi) həlak oduğunu bildirib.
Bundan başqa, müharibə zamanı 191 nəfərin itkin düşdüyünü də qeyd edib.
Lakin Simonyanın bu açıqlaması Ermənistanda birmənalı qarşılanmayıb. Xocalı qatili Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib ki, hökumət itkilərin real sayını gizlədir. “Paşinyan bunun üzərindən manipuliyasiya edir. Azərbaycanla münasibətdə də eyni siyasəti aparır”.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan hələ müharibədən bir qədər sonra parlamentdəki çıxışında bildirmişdi ki, Ermənistanın müharibə itkiləri 5000 nəfərə yaxındır. Lakin indi rəqəmləri bu qədər azaltmaq olduqca qəribədir. Paşinyan və komandası 5 ildən sonra real məlumatları gizlətməsinin səbəbi məlum deyil.
Fərda Uğur









