Ermənistan MN Tatoyanın yalanını üzə çıxardı

Ermənistan MN Tatoyanın yalanını üzə çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər keçmiş deputat Arman Tatoyan Azərbaycan Ordusunun Ermənistanla sərhəddə deyil, guya, bu ölkənin ərazilərində yeni müdafiə istehkamları qurduğu iddiası ilə çıxış edir.

Tribuna.az xəbər verir ki, onun bu iddialarına dünən Ermənistan Müdafiə Nazirliyindən açıqlama gəlib.
Nazirliyin mətbuat katibi Aram Torosyan bildirib ki, Tatoyanın iddiası əsassız və yalandır. Onun sözlərinə görə, Basarkeçərdə Azərbaycan Ordusu yeni mövqe qurmayıb. “Bu xəbərlər yalandır”.
Torosyan qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan sərhəddini hüquqi qüvvəyə malik 1975-ci il topoqrafik xəritələrə əsasən mühafizə edirlər.

Fərda Uğur