Ermənistan Azərbaycandan şəkər alacaq

Ermənistan Azərbaycandan şəkər alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin sonlarından etibarən Azərbaycanla Ermənistan arasında 35 il sonra iqtisadi əlaqələr yenidən start götürüb.

Tribuna.az xəbər verir ki, rəsmi rəqəmlərə əsasən Bakı İrəvana indiyə qədər 788 min dollardan bir qədər çox məbləğdə yanacaq satıb.
Dünən isə erməni mediası Ermənistanın Azərbaycandan almaq istədiyi daha bir məhsulun adını çəkib. “Hraparak” qəzeti bildirib ki, hazırda İrəvan Bakı ilə dizel yanacağı və taxılla yanaşı, şəkər idxalı məsələsini də müzakirə edir. Nəşr onu da bildirib ki, bu, Ermənistanda şəkər inhisarçısı kimi tanınan Samvel Aleksanyanın istəyidir.

Fərda Uğur