Ermənistanda hələ də Azərbaycan benzini məsələsi müzakirə mövzusudur. Tribuna.az xəbər verir ki, bir çox erməni ekspertləri mövzunun bütün detallarını, mümkün olan və olmayan tərəflərini təftiş edirlər.
Ötən gün ekspert Narek Mantaşyan isə Azərbaycandan benzin almaqla Ermənistanda yanacağın ucuzlaşdırılmasının mümkün olmadığını bildirib. “Ermənistan hökuməti iddia edir ki, Azərbaycan benzini bazarda yanacağın qiymətini aşağı salacaq. Bu, sadə bir seçkiqabağı aldatmadır. Ermənistanın yanacaq ehtiyacının yalnız 0,5%-i Azərbaycandan idxal olunur və buna görə də bu, bazardakı qiymətə heç bir təsir göstərə bilməz”.
Fərda Uğur









