Ermənistanda parlament seçkilərinə rəsmi olaraq start verilib.
Tribuna.az xəbər verir ki, artıq bütün siyasi qüvvələr öz güclərini ortaya qoyaraq, tədbirlər keçirirlər.
Bu tədbirlərdən biri də İrəvanda təşkil olunmuş və hazırda hakim partiya olan “Mülki Müqavilə”nin təşkil etdiyi aksiya olub. İrəvanın Azadlıq Meydanında təşkil edilmiş bu mitinq müxaliflərin kürkünə birə salıb. Onlar ənənəvi olaraq, yenidən Paşinyanın partiyasını “Azərbaycan partiyası” adlandırmağa başlayıblar.
Bu azmış kimi, həmin mitinqdə Azərbaycan vətəndaşlarının iştirak etdiyini iddia ediblər. Belə ki, İrəvanda nəşr olunan “Fakt” qəzeti iddia edib ki, guya, mitinq günü çox sayda Azərbaycan vətəndaşı üçüncü ölkələrin pasportları ilə sərhədi keçərək İrəvana gəlib. “Yüzlərlə Azərbaycan vətəndaşı İrəvanın Respublika Meydanında keçirilmiş və hakimiyyət tərəfindən təşkil edilən sülhə həsr olunmuş konsertə qatılıb”.
Fərda Uğur









