Erməniləri separatçıların işindən Avropa Məhkəməsinə şikayət edəcəklər

Erməniləri separatçıların işindən Avropa Məhkəməsinə şikayət edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bir qrup separatçı və terrorçunun mühakimə olunması və barələrində hökm çıxarılması Ermənistanda hələ də müzakirə mövzusudur.

Tribuna.az xəbər verir ki, bəzi erməni hüquqşünaslar isə yeni “addımlar” atmağa çalışdıqlarını deyirlər.

Ötən gün açıqlama verən hüquq müdafiəçisi Siranuş Saakyan iddia edib ki, guya, Azərbaycan məhkəməsinin çıxardığı hökm heç də Qarabağdakı separatçılar üçün nəzərədə tutulmayıb. “Bakıda keçirilən məhkəmənin məqsədi Qarabağın öz müqəddəratını təyinetmə hüququnu həyata keçirmək istəyənlərdən qisas almaq cəhdi idi”.

O bildirib ki, həmin şəxslərlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək mümkündür.  “Ermənilərin haqqında çıxarılmış hökmdən deyil, onların məhz erməni olaraq ayrı-seçkiliyə məruz qalmasından Avropa Məhkəməsinə müraciət etmək mümkündür”.

Fərda Uğur