Bir neçə gündür Ermənistanda Azərbaycanla sülh danışıqları ilə bağlı fərqli müzakirələr başlayıb.
Tribuna.az xəbər verir ki, əsasən müxalifət cameəsi yeni bir gündəm formalaşdırmağa çalışır.
Politoloq Stepan Danielyan bildirir ki, Bakı və İrəvan anlaşması real olsa da, təminatlar lazımdır. “Azərbaycanla Ermənistan arasında sülüh zəmanətli olması vacibdir. Zəmanətli sülh gələcəyin təhlükəsizlik sisteminə əsaslanırsa, gerçəkdir”.
Qeyd edək ki, erməni müxalifəti “qarant ölkə”nin adını açıqlamasa da, onun Rusiya olduğu açıq şəkildə görünür.
Fərda Uğur









