Məlum olduğu kimi, ABŞ/İsrail-İran müharibəsi dövründə ABŞ prezidenti Donald Trampın “İrandakı divizasiyanı məhv edə bilərik” açıqlamasına maraqlı bir cavab verilmişdi.
Tribuna.az xəbər verir ki, həmin vaxt İran rəsmilərindən biri “İrandakı ağacların yaşı ABŞ-ın yaranma tarixindən daha qədimdir” ifadəsini işlətmişdi.
Bu sözlər Ermənistandakı revanşist qrupların diqqətini çəkib. Onlar da “analoji” yanaşmadan istifadə edərək, mövzunu Qarabağın üzərinə gətirməyə çalışırlar. Belə ki, Alternativ Layihələr qrupunun üzvü Vahe Ovannisyan yazıb ki, “Qarabağda Azərbaycandan, ABŞ-dan və bir çox başqa ölkələrdən daha qədim olan ağaclar və monastırlar da var. Lakin Ermənistanda səsini ucaldacaq bir hökumət yoxdur”.
Bəli, Qarabağ qədim torpaqdır və hər zaman Azərbaycanın tərkib hissəsi olub. İşğaldan azad edilən ərazilərimizdə nəinki qədim ağaclar, hətta qədim Azərbaycan mədəniyyətinin möhtəşəm nümunələri ilə zəngindir. Lakin bu zənginliklə ermənilərin heç bir əlaqəsi yoxdur.
Fərda Uğur









