Ermənilər nəyi həzm edə bilmirlər?

Ermənilər nəyi həzm edə bilmirlər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu Ermənistan ordusu və onun dəstəkçilərini topyekun məğlub edib.

Tribuna.az xəbər verir ki, həmin savaşda Azərbaycan əsgəri inanılmazı edib.

Ermənilər isə 5 ildur bunu həzm edə bilimirlər. Öz məğlubiyyətlərinə haqq qazandırmaq üçün müxtəlif bəhanələr uydururlar. Məsələn, erməni ekspert Aram Petrosyan idddia edib ki, guya, 44 günlük müharibənin nəticəsi əvvəlcədən müəyyən edilibmiş. “Yeravan Bakı ilə əvvəlcədən danışıq apararaq, məsələni həll etmişdi”.

Hərçənd Petrosyan da yaxşı bilir ki, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan ordusu əzici məğlubiyyətə uğradılıb. Əsgərləri Azərbaycan cəngavərlərinin qarşısında duruş gətirə bilməyərək, qaçıblar. Bunu həzm edə bilməmələri isə onların problemidir. Çünki reallıq sahədədir: Qarabağ Azərbaycandır, vəssalam.

Fərda Uğur