Azərbaycanın Ermənistana benzin satmasından sonra bu ölkənin müxalifəti təkcə prosesi pisləmir, həm də əllərində hesablayıcı maşın Bakıya verdikləri “mənfəəti” də hesablayırlar.
Tribuna.az xəbər verir ki, əsas vurğu isə bu pullardan Azərbaycan Ordusuna xərclənəcəyinin üzərinə qoyulur.
Son zamanlar yaradılmış vəə erməni müxalifətini birləşdirmək missiyasını qarşısna qoymuş “Bizim Yolumuz” Hərəkatının koordinatoru Narek Karapetyan iddia edib ki, Bakıdan alınan benzin Azərbaycan ordusu üçün minlərlə dollarlıq maliyyələşdirmə deməkdir. “Azərbaycandan alınan 1,5 milyon dollarlıq benzin vergilər şəklində 250-300 min dollar təşkil edir ki, bunun təxminən 80.000-100.000 dolları sonda Azərbaycan ordusunun maliyyələşdirilməsinə gedəcək. Benzin aldığımız zaman SOCAR büdcəyə vergi ödəyir, büdcə isə onu orduya xərcləyir, avadanlıq alır və bizə qarşı istifadə edir”.
Fərda Uğur









