44 günlük müharibədən sonra aldığı ağır məğlubiyyətdən dolayı erməni cəmiyyətinin bir qədər özünə gələcəyi, keçmiş səhvləri buraxacağı gözlənilirdi.
Tribuna.az xəbər verir ki, zaman içində bunun əksi müşahidə edilməkdədir.
Əksinə, xəstə təfəkkürlü ermənilər yenidən baş qaldıraraq, sərsəm iddia ilə çıxış etməkdə davam edirlər. Belə ki, erməni ictimai xadim Hovhannes İşxanyan iddia edib ki, guya, Ermənistanın indiki hakimiyyəti “Qarabağı təhvil verib”. Bu azmış kimi, Azərbaycanın Ermənistanın 12 min kvadrat km ərazisini “işğal” etdiyini də sərsəmləyib. “Bu gün Ermənistanın 12 min kvadrat kilometr ərazisində Azərbaycan himni səsləndirilir və bayrağı qaldırılıb”.









