Erməni hüquq müdafiəçisi, Ermənistanı beynəlxalq məhkəmələrdə təmsil edən Siranuş Sahakyan Bakı məhkəməsinin qərarını gözləyir.
Tribuna.az xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.
Sahakyan bildirib ki, gözləməkdə məqsəd separatçı Ruben Vardanyan işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməkdir. “Mən Bakı məhkəməsinin yekun qərarını gözləyirəm. Hazırda apelyasiya məhkəməsi gedir. Ruben Vardanyanla bağlı hökm çıxarıldıqdan sonra Avropa Məhkəməsinə üz tutacağıq”.
Fərda Uğur









