Ermənistan hökuməti yerli universitetlərə Türkiyədə təhsil almaq üçün tələbələr arasında təşviqat aparması barədə göstəriş verib.
Tribuna.az xəbər verir ki, bu barədə “Armat Media” saytı məlumat yayıb.
Həmin məlumatda deyilir ki, Ermənistan hökuməti erməni tələbələrə Türkiyəyə təhsil almaq üçün getmək imkanı təklif edir. “Tələbələrə Türkiyə təqaüd proqramında iştirak etmələri tövsiyə olunur. İlkin təklif budur ki, onlar Türkiyə Təqaüd Proqramı çərçivəsində təşkil edilən “Orta Peşəkar, Bakalavr, Magistr və Doktorantura Təqaüd Proqramı”nda iştirak edə bilərlər”.
Fərda Uğur









