Erməni nəşri Paşinyanın sirrini açdı: “Qarabağ məsələsinə gizlicə pul ayrılır”

Erməni nəşri Paşinyanın sirrini açdı: “Qarabağ məsələsinə gizlicə pul ayrılır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda nəşr olunan  “Joqovurd” qəzeti bu ölkənin baş naziri və onun rəhbərlik etdiyi hökumətin sirrini açıb.

Tribuna.az xəbər verir ki, söhbət Qarabağ məsələsində Paşinyanın səmimi olmamasından gedir.

Nəşr yazıb ki, Ermənistan hakimiyyətinin son illərdəki mədəni siyasəti cavablandırılmaqdan daha çox sual doğurub. “Bir tərəfdən, dövlət qurumlarında Qarabağın adı çəkilir, simvolların nümayiş etdirilir və ya mədəni irsinin təqdimatı təzyiqlərə və hətta işdən çıxarılmalara səbəb olur. Digər tərəfdən isə eyni dövlət Qarabağ mədəniyyətinin qorunması proqramlarını dövlət vəsaiti ilə maliyyələşdirməyə davam edir”.

Qəzet bildirib ki, hökumətin bu yanaşması başadüşülən deyil. Həmçinin onu da vurğulayıb ki, bu ikiüzlü siyasətin nəticəsidir.

Fərda Uğur