Ermənistanın sosial işlər naziri Arsen Torosyanın vaxtıyla işğal altında olarkən Qarabağda hərbi xidmət keçdiyi iddia olunur.
Tribuna.az xəbər verir ki, bu barədə separatçıların qondarma “dövlət naziri” Njde İsgəndəryan məlumat yayıb.
O bildirib ki, Torosyan Xankəndidəki qondarma “müdafiə ordusu”nun qərargahında hərbi xidmətdə olub və həkim kimi fəaliyyət göstərib. “Bu gün isə onu inkar edir. İndi sual olunur, əgər Qarabağ Azərbaycan torpağı idisə, cənab Torosyan niyə orada hərbi xidmət keçirdi?”
Bundan başqa, o da məlum olub ki, erməni nazir Qarabağda hərbi xidmət keçməsinə dair məlumatları və fotoları internetdən yığışdırmağa başlayıb.
Fərda Uğur









