Erməni nazir Bakıya gəlmək istəyir: Mirzoyan azərbaycanlılardan yardım istəyib

Erməni nazir Bakıya gəlmək istəyir: Mirzoyan azərbaycanlılardan yardım istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın XİN başçısı Ararat Mirzoyan Azərbaycana səfər etmək istədiyini açıqlayıb.

Tribuna.az xəbər verir ki, o yerli mediaya açıqlamasında bu istəyini dilə gətirib.

Nazir deyib ki, Ermənistan və Türkiyə arasında dialoq müsbət nəticələr verəcək qədər yetkinləşib. “Türkiyə ilə gözəl dialoqumuz var. Əməkdaşlıq üçün çoxsaylı imkanlar yaranıb, dünən nümayəndələrimiz Ermənistan və Türkiyə sərhədində yerləşən tarixi Ani körpüsünün birgə bərpası üçün memorandum imzalayıblar”.

Mirzoyanın sözlərinə görə, diplomatik münasibətlər qurmaq üçün qarşılıqlı istək, maraqı çərçivəsində sərhədi tam açmağa hazırdırlar.

Lakin erməni nazir Azərbaycanla bağlı hələ də həll olunmamış məsələlərin olduğunu vurğulayıb. O bildirib ki, Bakıda həbsdə olan ermənilərin məsələsi bunlardan biridir. “Lakin tablo qaranlıq deyil. Əksinə nikbinlik çoxdur”.

O müsahibəsinin yekununda Azərbaycana gəlmək istədiyini açıqlayıb. Mirzoyan bildirib ki, bunun üçün Azərbaycan vətəndaşlarından da dəstək istəyib. “Razılaşmaları hökumətlər imzalayır, amma inamı cəmiyyətlər yaradır. Əsl barışıq və dialoq sizin əlinizdədir. Azərbaycan və Ermənistan vətəndaşlarını sülh yolunda bizə dəstək olmağa çağırıram”.

Fərda Uğur