Erməni müxalifəti yeni “yol” tapıb: “KTMT Bakıya təzyiq etməlidir”

Erməni müxalifəti yeni “yol” tapıb: “KTMT Bakıya təzyiq etməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda müxalifətin yeni qanadı olan “Bizim Yolumuz” Hərəkatı Azərbaycana təzyiq göstərilməsi məsələsini qaldırıb.

Tribuna.az xəbər verir ki, bu barədə hərəkatın koordinatoru Narek Karapetyan danışıb.

O iddia edib ki, guya, Azərbaycan Ordusu Ermənistan ərazisinə girib. Karapetyanın iddiasına görə, Azərbaycan Ordusunu oradan çıxarmaq lazımdır. Və bunun üçün “optimal yol” kimi KTMT-nin işə qarışmasını təklif edib.  “KTMT üzv dövlətinin ərazisinin ilhaqının qəbuledilməz olduğu barədə aydın bir mesaj çatdırılmalıdır. Məhz KTMT-nin təzyiqi ilə Azərbaycan öz qoşunlarını Ermənistanın suveren ərazisindən çıxarmalıdır”.

Fərda Uğur