Erməni müxalifəti Türkiyə ilə sərhədlərin açılmasına razıdır.
Tribuna.az bildirir ki, hazırda bu ölkənin əsas müxalifət qanadlarından biri olan “Bizim Yolumuz” hərəkatı bununla bağlı fikirlərini açıqlayıb.
Hərəkatın koordinatoru Narek Karapetyan deyib ki, Türkiyə ilə sərhədin açılması Ermənistan iqtisadiyyatına müsbət təsir göstərəcək. “Yük maşınları bu marşrutla Yunanıstana və Avropaya çox tez çata bilər. Sərhədin açılması Ermənistan üçün yaxşı fürsətdir, lakin milli maraqlar qorunmalıdır”.
Fərda Uğur









