Erməni mediası “Azərbaycan-İran savaşı” başladıb

Erməni mediası “Azərbaycan-İran savaşı” başladıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar Azərbaycan və İran arasında münasibətlərdəki gərginlik aradan qalxsa da, erməni tərəfi məsələni hələ də müzakirə edir.

Tribuna.az xəbər verir ki, artıq erməni mediası bununla bağlı çeşidli iddialarla çıxış edir.

Onlar yazırlar ki, Azərbaycan və İran arasında mövcud münasibətlər, guya, yetərli deyil və hər an pozula bilər. Paralel olaraq, yerli media onu da müzakirəyə çıxarıb ki, əgər Azərbaycan və İran arasında münaqişə meydana çıxarsa, Ermənistan hansı mövqeyi tutacaq. “Oragir” saytı isə bir qədər də irəli gedərək iddia edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan İran-Azərbaycan münaqişəsində Azərbaycanı dəstəkləyəcək.

Fərda Uğur