Ötən həftə Ermənistan Daxili İşlər Nazirliyi (DİN) ölkədə pozuculula məşğul olmaq iddiası ilə 14 nəfərə yaxın müxalifətçini saxlayıb.
Tribuna.az xəbər verir ki, bu hadisə İrəvanda səs-küyə səbəb olub.
Erməni hüquq müdafiəçisi Ruben Melikyan baş verənləri qanunsuz adlandırmaqla yanaşı, həm də parlament seçkiləri öncəsi hökumətin repressiyası kimi qiymətləndirib. O daha sonra Paşinyan hökumətini ölkədə faşizm qurmaqda ittiham edib: “Ermənistan bu gün klassik faşizmə doğru daha bir böyük addım atıb”.
Fərda Uğur









