Erməni ekspert: “Sərhəddə hər hansı təxribat olmayacaq”

Erməni ekspert: “Sərhəddə hər hansı təxribat olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri proqram xarakteri daşıyır və demək olar ki, hər il, müxtəlif həcmlərdə keçirilir”.

Tribuna.az xəbər verir ki, bu sözləri erməni ekspert Muşeq Xudaverdyan deyib.

O iddia edib ki, guya, sözügedən təlimlər guya, Ermənistan və İrana qarşı da yönəlib. “Çünki Türkiyə və Azərbaycanın bu ölkələrlə problemləri var”.

O düşünür ki, Azərbaycan və Ermənistan hazırda danışıqlar mərhələsində olduğundan, həmin dövrə qədər heç bir təxribat olmayacaq. “Bundan əlavə, Ermənistan hakimiyyəti konstitusiya dəyişiklikləri və digər proseslər də daxil olmaqla, sülh müqaviləsinin imzalanması üçün əlindən gələni etdiyini açıqlayıb. Bu şəraitdə təxribatların o qədər də real olmadığını düşünürəm”.

Fərda Uğur