“Ursula fon der Layenin bölgəyə səfəri regionun blokadadan azad edilməsi ilə bağlı olacaq. Onun çərçivəsində AB Ermənistana və Azərbaycana milyardlarla dollara çatan dəstək göstərəcək”.
Tribuna. az xəbər verir ki, bunu erməni siyasi şərhçi Stepan Qriqoryan deyib.
Onun sözlərinə görə, Avropa Azərbaycan və Qazaxıstana milyardlarla dollar yardım edəcək. “Lakin Ermənistan üçün bu məbləğ ən yaxşı halda bir milyardı keçəməyəcək”.
Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan Rusiyadan çəkinmir. “Çünki Rusiyanın bu iki ölkədə çöküş yarada biləcək heç bir imkanı yoxdur”.
Fərda Uğur









