Erməni diasporu Paris meri postu uğrunda keçirilən seçkilərdən ciddi narahat olub.
Tribuna.az xəbər verir ki, buna səbəb həmin seçkilərdə əsas namizədlərdən biri olan keçmiş mədəniyyət naziri Raçida Datinin qələbə qazanmaq şansının çox olmasıdır.
Belə ki, Dati Azərbaycanı müdafiə edən şəxslərdən sayılır. Onun indiyə qədər Qarabağ məsələsi də daxil olmaqla, bir çox məsələlərdə Bakının mövqeyini müdafiə etdiyi bəllidir.
Martın 16-da mer postuna seçkilərin ilk mərhələsi başa çatıb. İkinci tur isə 22 martda keçiriləcək.
Datinin seçilmə şansının çox olması erməni diasporunu də hərəkətə gətirib. Onlar bütün imkanlarını işə salaraq, Azərbaycanı dəstəkləyən şəxsin Paris meri olmasını əngəlləməyə cəhd edirlər.
Fərda Uğur









