Erməni deputatdan etiraf: “Biz Azərbaycan torpaqlarını 30 il işğalda saxlamışdıq”

Erməni deputatdan etiraf: “Biz Azərbaycan torpaqlarını 30 il işğalda saxlamışdıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentində hakim “Mülki Müqavilə” Partiyasını təmsil edən deputat Qaqik Melkonyan bəzi etiraflar edib.

Tribuna.az xəbər verir ki, o, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini qəbullandıqlarını bildirib.

Melkonyan deyib ki, Ermənistan Azərbaycan torpaqlarını 30 il işğalda saxllayıb. “Biz 30 il Azərbaycan ərazilərini işğalda saxlamışıq. İndi onlar giriblər bizim ərazimizə. Biz çıxdığımız kimi, onlarda çəkiləcəklər”.

Erməni deputat qeyd edib ki, Azərbaycanın 7 rayonu Ermənistanın nəzarətimizdə idi. “Onlar Azərbaycan əraziləri idi. Laçın, Qubadlı, Zəngilan, Füzuli, Ağdam bizim ərazilərimiz ola bilərmi?”

O yekunda bildirib ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını birdən birə verməyiblər. “Biz onların ərazilərini birdən-birə vermədik. 25, 26 il danışıqlar aparıldı və danışıqlardan sonra onları müharibə ilə geri aldılar”.

Fərda Uğur