Tanınmış erməni blogger Nataly Aleksanyan İrəvanda mənzillənmiş separatçıları “topa” tutub.
Tribuna.az xəbər verir ki, o, əsasən separatçı Artaq Beqlaryanı hədəfə alıb və ağır formada tənqid edib.
Aleksanyan yazıb ki, Beqlaryan və üzvü olduğu dəstənin nə planlaşdırdığını yaxşı bilir. O yazıb: “Ay rusbaş, belə Qarabağı sevirdinsə, niyə onun dağılmasına imkan verdin? Yoxsa Ermənistana hakimiyyət dəyişikliyi etməyə gəlmisiniz? Bu istədiyin olmadı. İndi də ölkəni yeni bir müharibəyə soxmaq istəyirsən, ay simulyant?”
Blogger daha sonra qeydd edib ki, separatçıların bu hərəkətlərinə qarşı Ermənistanda “Artsax” sözü qadağan ediləcək. “Elə edəcəksiz ki, “Artsax” sözünü qadağan edəcəyik”.
Amma Aleksanyan bununla da yetinməyib. Separatçı Beqlaryanı “Qarabağa göndərəcəyini” bildirib. “Əgər Qarabağa getmək istəyirsənsə, mən bunu sənin üçün təşkil edəcəyəm. Sizi Azərbaycana deportasiya edəcəyik, orada zindanda qalarsız. Şəxsən Azərbaycana səfər edib, onlardan sənə və dostlarına həbsxanada “yaxşı şərait” yaratmalarını xahiş edəcəm”.
Fərda Uğur









