Erməni blogger: “Koçaryanla Sarkisyan da Bakıda mühakimə olunmalıdır”

Erməni blogger: “Koçaryanla Sarkisyan da Bakıda mühakimə olunmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda mühakimə olunan erməniu separatçılarına yaxın günlərdə hökm kəsiləcəyi bildirilir.

Tribuna.az xəbər verir ki, Arayik Harutyunyan və daha bir neçə cinayətkara ömürlük həbs cəzasının verilməsi istənilib.

Erməni blogger Natali Aleksanyan isə bununla bağlı maraqlı bir paylaşım edib. O qeyd edib ki, Arayik Harutyunyan və onunla birlikdə mühakimə olunan adamları üç il əvvəl o məhkəməyə vermək istəyirmiş. “Amma Allahın ədaləti bərpa olunur. Bu adamlara istənilən cəzaları oxuyub, sevinirəm. Robik və Serjiki də bu sırada görməyi arzulayıram”.

Aleksanyan daha sonra yazıb ki, bu da təkcə öz ölkəsinin maraqlarını satanlara deyil, Rusiya KQB-sinə xidmət edən hər kəsə dərs olmalıdır. “Hamınızın aqibəti eyni olacaq. Eşq olsun, Cənab  Əliyev!”

Fərda Uğur