Ərəb ölkələrinə HÜCUMLAR davam edir – İran BOMBALAYIR

Ərəb ölkələrinə HÜCUMLAR davam edir – İran BOMBALAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əl-Cəzirə xəbər verir ki, Fars körfəzi ölkələrinə qarşı hücumlar hələ də davam edir. Tribuna.az bildirir ki, Bəhreyn hakimiyyətinin məlumatına görə, mülki müdafiə qüvvələri İranın hücumlarının hədəfi olan bir obyektdə baş verən yanğını söndürə bilib.

Qətərə isə gecə ərzində çoxsaylı hücumlar olub və ölkənin Müdafiə Nazirliyi təyyarənin vurulması nəticəsində dörd nəfərin xəsarət aldığını bildirib.

Küveyt və Birləşmiş Ərəb Əmirliklərində də hücumlar qeydə alınıb.

Səudiyyə Ərəbistanı beş ballistik raketin ələ keçirildiyini elan etdi. Əbu-Dabi administrasiyasının mətbuat xidməti isə son iki saat ərzində qüvvələrinin Habshan qaz yatağında baş verən yanğına cavab verdiyini bildirib.

Əbu-Dabi administrasiyası yanğının səbəbini açıqlamayıb. Bundan bir müddət əvvəl BƏƏ-də həyəcan siqnalları çalınmışdı.

Həsən Ağa