İranın “Hizbullah” təşkilatının baş katibi və “Hizbullah” qəzetinin baş redaktoru Məhəmməd Baqir Xərrazi ölkənin xarici işlər naziri Abbas Ərqaçıya qarşı ağır ittihamlar irəli sürüb.
Tribuna.az xəbər verir ki, o, mediaya açıqlamasında İranın dini lideri Əli Xamineyinin öldürülməsində nazirin əlinin ola biləcəyini iddia edib.
Xərrazi bildirib ki, Əraqçı mərhum ali lider Əli Xameneiyə qarşı mümkün sui-qəsd planında rol oynaya bilər. “Əraqçının bir yüksək səviyyəli görüşdən sonra İran liderinin iqamətgahının hədəfə çevrilməsi təsadüf ola bilməz. O, həm də ABŞ-a qarşı yumuşaq mövqe sərgiləyir. Əgər hazırkı danışıqlar Birgə Hərtərəfli Fəaliyyət Planı kimi bir öhdəliyə çevrilərsə, küçə etirazları yaratmaqdan və Xarici İşlər Nazirliyini və Pezeşkian administrasiyasını məhv etməkdən bir an belə çəkinməyəcəyik”.
Fərda Uğur









