İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampı, həm tənqid edib, həm də ələ salıb.
Tribuna.az xəbər verir ki, o, sosial media hesabında bununla bağlı paylaşım edib.
Əraqçı bildirib ki, Prezident Tramp özü özünü təkzib edir. “Bir tərəfdən deyir İran donanması məhv edilib, digər tərəfdən deyir ki, bizim gəmiləri vursanız pis olacaq. Donanma yoxdursa niyə narahatsınız. Cənab Tramp, xahiş edirik bizə dəqiq məlumat verin, donanma məhv edilib, ya yox?”
Fərda Uğur









