Əmrullayev müsahibəsində ortaya bir dənə də fakt qoymadı – Ekspert

Əmrullayev müsahibəsində ortaya bir dənə də fakt qoymadı – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və təhsil naziri mətbuata geniş müsahibə verib. Müsahibədə çoxsaylı iddialar var, amma araxasında fakt yoxdur.

Tribuna.az xəbər verir ki, bu barədə fikir bildirən iqtisadçı Rövşən Ağayevin fikrincə, nazir çıxışında dediyi fikirlərlə bağlı fakt göstərə bilməyib:

“Deyir ki, son 10 ildə işə qəbul olunmuş müəllimlərin ən azı fənn üzrə bilik səviyyəsi mərkəzləşdirilmiş imtahan sistemi tətbiq edilməzdən əvvəl işə qəbul olunmuş müəllimlərlə müqayisədə təxminən 10-15 dəfə yüksəkdir. Bu fərq necə üzə çıxarılıb? Sertifaktlaşdırmanın nəticəsinə əsasənmi? Əgər belədirsə, 2 nəslin orta balını deməklə iddianı faktla daha da gücləndirmək olar.
Yaxud bildirir ki, məktəblərin birləşməsindən əldə olunan fayda mənfi təsirlərindən daha çoxdur. Amma bunu ortaya çıxaran analizin nəticələri əsasında dəqiq faktlar səslənidirmək olardı.
Yaxud deyir ki, distant təhsil nəticə verir, amma iddianı doğrulayacaq bircə fakt deməyə ehtiyac duyulmur.
Bir yerdə də deyir ki, Elm və Təhsil Nazirliyi tədqiqat təşkilatı deyil, tənzimləyici siyasət qurumudur. Formal hüquqi baxımdan doğrudur, amma dünyada tənzimləyici qurumlar sübut əsaslı siyasət həyata keçirmək üçün məhz tədqiqatlara istinad edirlər. Söhbət heç akademik tədqiqatlardan da yox, policy (dövlət siyasətinin təhlili) araşdırmalardan gedir.
Bunu özünün tədqiqat strukturları, ya da sifariş əsasında müstəqil tədqiqat mərkəzləri vasitəsilə də edə bilirlər”.

Nigar İxtiyarqızı