Əmisi tərəfindən baltalanan yeniyetmənin SON VƏZİYYƏTİ

Əmisi tərəfindən baltalanan yeniyetmənin SON VƏZİYYƏTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda baltalanaraq xəsarət alan yeniyetmənin son vəziyyəti açıqlanıb.

Bu barədə  Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, fevralın 1-i saat 17:00-da xəsarət alması səbəbi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir:

“Onun vəziyyəti stabil olaraq qiymətləndirilir”.

Xatırladaq ki, əmisi tərəfindən baltalandığı deyilən 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızı isə xəstəxanada vəfat edib.

Sənan Məmmədli