Elşad Xoseni Psixiatriya Xəstəxanasına qardaşı buna görə yerləşdirib – DETALLAR

Elşad Xoseni Psixiatriya Xəstəxanasına qardaşı buna görə yerləşdirib – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elşad Xosenin Maştağada Psixiatriya Xəstəxanasına yerləşdirilməsi çoxlarını narahat edib. Bəziləri hətta Elşad Xosedən qəhrəman düzəltmək istəyir. Guya Bayırşəhərdəki söküntüyə etiraz etdiyinə görə dəlixanaya salıblar. Bəsdirin, siz Allah!
Onunla bağlı paylaşımın altına yazılan şərhi sizə təqdim edirəm: İncidirdi ailəni, qardaşı məcbur qalıb yerləşdirdi”.

Tribuna.az xəbər verir ki, bu sözləri jurnalist Zülfiyyə Qurbanova yazıb. O bildirib ki, Elşad Xose çoxdan xəstəxsnaya yerləşdirilməli idi:

“Xoseni 2000-ci illərin əvvəllərindən, 20 ildən artıqdır şəxsən tanıyıram. Çalışdığım prodakşına mahnı yazdırmağa gəlirdi. Narkotik aludəçisi olması heç kimə sirr deyil. Prodakşının tualetində iynəsini vurub, düşürdü aşağı – studiyaya. Studiyanın düz mərkəzində ayaq üstə donurdu. Gözləri yumulu və tam hərəkətsiz halda. Toxunan olmasaydı, 1 saat elə qalırdı. Sözün düzü, onu ilk dəfə o vəziyyətdə görəndə qorxmuşdum. Sonralar alışdım.

Nə isə, narkomanlığından ona görə söz saldım ki, narkotik beynini pozmuşdu. Adam konkret adekvat deyil, bu ayrı.

Elşad Xosenin xarakteri də pisdir. Öz maraqları uğruna doğmalarını belə qurban verəcək qədər eqoist idi.

Ziyalı ailənin övladı idi. Ailə üzvlərinin başına açmadığı oyun qalmamışdı. Gül kimi ərindən boşatdırıb, özünə arvad etdiyi Oksananı döyürdü. Yazıq güclə canını qurtardı…

Yüksək eqonun fonunda həmkarları ilə də yola getmirdi. Özünü hamıdan ağıllı, hamıdan bacarıqlı, hamıdan savadlı, hamıdan istedadlı sanırdı. Düzdür, istedadı, bacarığı, müəyyən qədər savadı, intelekti var, amma özünü narkotikdən asılı vəziyyətə salan birinə ağıllı demək doğru olmaz.

Sözün qısası, Xosenin başı çoxdan getmişdi, hələ gecikiblər. Çevrəsinə, ailə üzvlərinə ziyan vuran şəxslər təcrid olunmalıdır!”.

Nigar İxtiyarqızı