Xanəndə Elnarə Abdullayevanın qonaq olduğu verilişlərin birində qadınların şəkil paylaşması ilə bağlı dediyi sözlər narazılığa səbəb olub.
Tribuna.az xəbər verir ki, Elnarə Abdullayeva Votsap statusunda şəkil paylaşan qadınları tənqid edib. O bildirib ki, qadınlar statusta öz şəkillərini paylaşması düzgün deyil:
“Baxırsan ki, qadındı, gah belə dayanıb, gah bele edib şəkillər çəkib qoyub statusa. Niyə başqasının kişisi sənin şəklini görməlidir?”.
Müğənninin bu sözlərinə sosial şəbəkələrdə etirazını bildirənlər olub.
Jurnalist Həbibə Abdulla buldirib ki, əgər qadının öz fotosunu paylaşması ayınbdırsa, onda niyə Elnarə Abdullayeva kişilər olan məclislərdə oxuyur?:
“Elnarə Abdullayeva vatsapp statusuna foto qoyan xanımları tənqid edib. “Niyə başqasının kişisi sənin şəklini görməlidir?” deyə etiraz edib. Elnarə Abdullayeva e, axşama (gecəyarıya) kimi başqalarının kişilərinin qarşısında oxuyub-oynayan müğənni. Başdan-ayağa botoks, dolğu, süni dırnaqla, süni saçla, aşırı makiyajla, full cəlbedici gəzən qadın.
Yox, mən onu oxuyub-oynadığı, özünə baxdığı üçün tənqid etmək fikrindən külliyən uzağam! Mənim dərdim adamın saxtakarlığıdır. O adamın ki, ən azı gündə bir TV-nin efirində, başqalarının kişilərinin qarşısında danışır. Ən pisi isə yuxarıdakı kimi zərərli fikirləri püskürür efirlərdən… Axı niyə başqalarının kişiləri sizi bu cür bəzək-düzəkli, nazlı-qəmzəli görməlidir, ay Elnarə xanım?!”.
Tanınmış aparıcı Zamirə Dadaşova isə Elnarə Abdullayevanı bu sözlərinə görə tənqid edib:
“Bunlar gündəmə gəlmək, ən əsası da tənqid olmaq üçün ( söyülmək) özlərini niyə belə aparırlar? Qızlarımız sosial şəbəkədə özlərini satır, bu status şəklindən danışır. Hələ də votsap şəklindən ki, onu ancaq kontaktda olanlar görür. Bunları müzakirə etməyə dəyməz”.
Nigar İxtiyarqızı









