Elm və Təhsil Nazirliyi (ETN) orta məktəblər üçün odun yanacağı almağı planlaşdırıb.
Tribuna.az xəbər verir ki, nazirlik bununla bağlı tender elan edib.
Rəsmi məlumata görə, ETN-in Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı şərtlərini açıqlayıb. Məlum olub ki, nazirlik orta məktəblər üçün bərk bioyanacaq-ağac peletinin və odun yanacağının satın alınmasını reallaşdıracaq. Belə ki, tenderə əsasən sifarişçiyə 10 min 470 ton ağac palet, 1038 kub metr odun yanacağı təhvil verilməlidir.
Nazirliyin sözügedən idarəsi bu məhsulların alınması üçün 7 milyon 439 min 695 manat vəsait ayırmağı nəzərdə tutub.
Maraqlıdır ki, ETN XXI əsrdə hələ də orta məktəblərin qızdırılmasında odun yanacağından istifadə edir. Bu nazirliyin ayıbınamı, yoxsa, bacarıqsızlığınamı yazılmalıdır?
Fərda Uğur









