“Moskva 1994-cü ildə bağlanmış atəşkəsin qarantı idi. Rusiya mütləq şəkildə hərbi əməliyyatların dayandırılmasını tələb etməli idi”.
Trbuna.az xəbər verir ki, bunu erməni politoloq Amayak Ovannisyan deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti Qarabağı azad etmək üçün məharətlə siyasətə yürüdüb. “Əslində, İlham Əliyev incə məharətlə Moskva, Brüssel və Vaşinqtonun razılığını əldə edə bildi. Başqa sözlə, o, hərbi əməliyyatlara başlamaq üçün razılıq ala bildir. Çünki problemin güc yolu ilə həllindən başqa yol qalmamışdı”.
Ovanissyan iddia edib ki, guya, 2016-cı ildə Qarabağı işğaldan azad etmək üçün Azərbaycana 3 gün vaxt verilibmiş. “Azərbaycana məsələni həll etmək üçün 2016-cı ildə üç gün vaxt verilmişdi. Lakin bu alınmadı”.
O daha sonra deyib ki, guya, Azərbaycan həmin vaxt məsələnin Türkiyəsiz həlll olunmayacağını görüb. “2016-cı ildə hər kəs gördü ki, Azərbaycan Türkiyənin dəstəyi olmadan bu problemi təkbaşına həll edə, Qarabağı güc yolu ilə geri ala bilmir. Və sonra, bu aydın olduqda, Prezident İlham Əliyev bunun üzərində işləməyə başladı”.
Erməni politoloq sonda qeyd edib ki, Azərbaycan 44 günlük müharibədə yeni hərbi taktikadan istifadə etməklə Ermənistanı məğlub edib.
Fərda Uğur









