Əlirza Nazif: “Zəngəzur dəhlizi bölgə üçün gərginlik mənbəyidir”

Əlirza Nazif: “Zəngəzur dəhlizi bölgə üçün gərginlik mənbəyidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tramp marşrutu Ermənistanın maraqlarını təmin etməyəcək”.

Tribuna.az xəbər verir ki, bunu Qafqaz regionşünaslığı üzrə baş ekspert, İran-Ermənistan Dostluq Birliyi Şurasının üzvü və Birliyin Şimal-Qərb (Təbriz) nümayəndəliyinin rəhbəri Əlirza Nazif deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz dünyanın və Yaxın Şərqin ən vacib və strateji bölgələrindən biridir. “Okeanın o tayındakı bir ölkə bu bölgəyə diqqət yetirdikdə, təbii ki, öz siyasi və iqtisadi maraqlarını güdür və necə deyərlər, bu bölgə xalqları üçün “ürəyi ağrımır”.

Nazif qeyd edib ki, Qafqaz bölgəsinin taleyi və gələcəyi bu bölgənin üç ölkəsinin – Ermənistan, Azərbaycan və Gürcüstanın qarşılıqlı yaxınlaşmasından asılıdır. “Cənubi Qafqazın üç qonşusu olan İran, Türkiyə və Rusiya bu üç ölkə ilə birlikdə (“3+3” formatında) Cənubi Qafqaz üçün ən yaxşı gələcəyi müəyyən edə bilərlər”.

O, TRİPP layihəsinə də toxunub. Bildirib ki, bütün Qafqaz ölkələri arasında rabitə yollarının, dəmir yollarının və yolların açılması regionun maraqlarına uyğundur. “Bir şərtlə ki, ölkələrin ərazi bütövlüyü pozulmasın və onların suverenliyinə hörmət edilsin.  Amerika okeanın o tayından gəlib yalnız bir konkret yolun, İranla Ermənistan arasındakı min illik tarixi əlaqəni kəsən həmin yolun açılmasında israr edir. Onu “Tramp marşrutu” adlandırır”.

Nazif sonda vurğulayıb ki, bütün İran ekspertləri Zəngəzur dəhlizinin gərginlik mənbəyinə çevrilə biləcəyi fikri ilə razılaşırlar.

Fərda Uğur