Eldar Əzizovun adamının adı 23 milyonluq işdə

Eldar Əzizovun adamının adı 23 milyonluq işdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC milyonluq tenderə imza atıb.

Tribuna.az xəbər verir ki, müsabiqəyə əsasən mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədi ilə tələb olunan müxtəlif növ malların alınması həyata keçiriləcək.
Açıq mənbələrdə qeyd edilir ki, tenderin qalibi “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” QSC olub. Bakı Şəhər Əsaslı Tikinti və Təmir bununla bağlı şirkətə 23 milyon 155 min 659 manat ödəniş edəcək.
Xatırladaq ki, Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC-yə Abit Əliyev rəhbərlik edir. Onun adı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun ən yaxın adamı kimi açıq mənbələrdə qeyd edilir.

Fərda Uğur