“Tramp marşrutu Sünikdə İranın zərərinə təhlükəsizlik və iqtisadi dəyişikliklər yaradacaq. Bu yol Ermənistanı türk dünyasına inteqrasiya etdirəcək. Habelə İran-Ermənistan sərhədini zəiflədəcək”.
Tribuna.az xəbər verir ki, anti-Azərbaycan qrupunun üzvlərindən biri olan siyasi şərhçisi Ehsan Movəhhediyan “İran diplomatiyası” saytına açıqlamasında deyib.
O iddia edib ki, guya, Azərbaycanın İranın şimal əyalətlərini “işğal etməyi planlaşdırır”.
Movəhhediyan bununla da kifayətlənməyərək onu da iddia edib ki, “Azərbaycan və Türkiyə Tramp marşrutunda ABŞ planlarının icrasında iştirak edir”.
Siyasi şərhçi daha sonra İranın daxilində Azərbaycan və Türkiyənin xeyrinə çıxış edən qrupların olduğunu da deyib. “İran daxilində Türkiyə və Azərbaycanla bağlı qərar qəbul edilməsinə təsir edən şəxslər kənarlaşdırılmalıdır”.
Fərda Uğur









