Ekspert: “ABŞ-ın eskalasiyası Qafqazı da əhatə edəcək”

Ekspert: “ABŞ-ın eskalasiyası Qafqazı da əhatə edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranla ABŞ arasında mümkün genişmiqyaslı münaqişə halında, regiondakı heç bir ölkə laqeyd qala bilməz. Bu, artıq neytrallıq və ya qismən iştirak məsələsi deyil: istənilən hərbi eskalasiya Cənubi Qafqaz da daxil olmaqla bütün regionu əhatə edəcək”.

Tribuna.az xəbər verir ki, bu fikirlər iranlı ekspert Xəyal Müəzzinə məxsusdur.

O qeyd edib ki, strateji cəhətdən əlverişli mövqedə yerləşən və İranın qonşusu olan Azərbaycan İranın sabitliyinin birbaşa Bakının təhlükəsizliyinə təsir etdiyini anlamalıdır. “Azərbaycanın mövqeyi təmkinli, prinsipial olmalı və qlobal oyunçuların müvəqqəti maraqlarına deyil, regional sülhün qorunmasına əsaslanmalıdır”.

Müəzzin Ermənistanın da mövqeyi ilə bağlı fikir bildirib. “Son hadisələr kontekstində rəsmi Yerevan mövcud həssaslığa uyğun aydın və məsuliyyətli mövqe nümayiş etdirə bilməyib”.

O İrəvan hökumətinə xəbərdarlıq da edib. “Ermənistan hakimiyyəti aydın şəkildə başa düşməlidir ki, onların ərazisindən İrana təzyiq göstərmək üçün platforma kimi istifadə etmək cəhdləri regionda ortaq təhlükəsizliyə qarşı atılan addım kimi qəbul ediləcək”.

Fərda Uğur