Əkrəminiya: İrana hücum edilərsə, yeni cəbhələr açılacaq

Əkrəminiya: İrana hücum edilərsə, yeni cəbhələr açılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhəmməd Əkrəminiya ABŞ-nin İrana qarşı mümkün hərbi təhdidlərinə münasibət bildirib.

Tribuna.az  xarici mətbuata istinadən xəbər verir ki, İran Tələbələri Xəbər Agentliyinın yaydığı məlumata görə, Əkrəminiya Tehrandakı Vəliəsr meydanında çıxışı zamanı bildirib ki, İran xalqına və ölkənin qanuni hüquqlarına hörmət göstərilməsi “düşmən” üçün yeganə çıxış yoludur.

O, mümkün hücum ssenarisinə toxunaraq deyib: “Əgər düşmən yenidən axmaqcasına davranarsa və Sionist rejimin (İsrail) tələsinə düşərək İrana hücum edərsə, yeni vasitə və metodlarla yeni cəbhələr açılacaq.”

Əkrəminiya həmçinin İran Silahlı Qüvvələrinin Hörmüz boğazı üzərində nəzarət imkanlarına diqqət çəkərək, mümkün qarşıdurma halında boğazın statusunun əvvəlki kimi olmayacağını bildirib.

İran Ordusunun sözçüsü qeyd edib ki, ölkənin silahlı qüvvələri atəşkəs dövrünə də müharibə şəraiti kimi yanaşır və hazırlıqlarını davam etdirir. O əlavə edib ki, İranın mühasirəyə alınması mümkün deyil.