Bu ilin dekabr ayının əvvəlinə olan məlumata görə, bankların öhdәliklәrinin strukturunda depozit portfelinin payı 72,2%-i vә ya 37 milyard 202 milyon manat təşkil edib.
Tribuna.az xəbər verir ki, depozit portfelinin 57,4%-i (21 milyard 354,3 milyon manat) hüquqi şәxslәrin, 42,6%-i (15 milyard 847,7 milyon manat) fiziki şәxslәrin depozitlәrindәn ibarәtdir.
Fiziki şәxslәrin әmanәtlәrinin 67,5%-i (10 milyard 701,4 milyon manat) milli valyutada, 32,5%-i (5 milyard 146,3 milyon manat) xarici valyutadadır.
Fiziki şәxslәrin әmanәt portfelinin 62,9%-i (9 milyard 963,9 milyon manat) müddәtli әmanәtlәrdәn ibarәtdir.
Fiziki şәxslәrin müddәtli әmanәtlәri noyabr ayında 0,8% vә ya 80,3 milyon manat, tәlәbli әmanәtlәri isә 3,9% vә ya 218,4 milyon manat artıb.
Bu ilin noyabr ayında bank sektoru üzrә unikal müddәtli әmanәtçi sayı 2,7% (4 959 әmanәtçi), ilin әvvәlindәn isә 26,8% (40 409 әmanәtçi) artaraq 190,9 min nәfәri keçib.
Hüquqi şәxslәrin tәlәbli depozitlәri 16 milyard 43,9 milyon manat olmaqla, hüquqi şәxslәrin cәmi depozit portfelinin 75,1%-ni tәşkil edib.
Bu ilin noyabr ayında hüquqi şәxslәrin cәmi depozit portfeli 4,1% vә ya 840,4 milyon manat artaraq 21 milyard 354,3 milyon manat tәşkil olub.
Yeniavaz









