“Əgər Əliyev icazə versə, Türkiyə ilə sərhəd açılacaq”

“Əgər Əliyev icazə versə, Türkiyə ilə sərhəd açılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən həmişə demişəm ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması Əliyevin mövqeyi ilə bağlıdır”.

Tribuna.az bildirir ki, bunu Türkiyədə nəşr olunan ermənidilli “Agos” qəzetinin redaktoru Baqrat Estukyan deyib.

Onun sözlərinə görə, sərhədlərin açıqlaması üçün rəsmi Bakının razılığı lazımdır. “Əgər Əliyev razıdırsa, bəli, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq istəyəcək. Keçmişdə də Əliyevin mesajlarını açıq şəkildə gördüyümüz hallar olub. Məsələn, bəzi şirkətlər İstanbul-Yerevan və ya Van-Yerevan uçuşları təşkil etmək istəyirdilər, lakin Əliyev buna qarşı çıxdı və bu baş vermədi. Buna görə də, bir amil var, əgər Əliyev razıdırsa, Türkiyə bu istiqamətdə daha sakit hərəkət edəcək”.

Fərda Uğur