Dünya şöhrətli illüzionist dünyasını dəyişdi

Dünya şöhrətli illüzionist dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

RSFSR-in Xalq artisti, məşhur illüzionist Emil Kio vəfat edib

Tribuna.az xəbər verir ki, RSFSR-in Xalq artisti, tanınmış illüzionist Emil Kio 88 yaşında dünyasını dəyişib. Bu barədə Böyük Moskva Dövlət Sirkının direktoru, heyvan təlimçisi Edqar Zapashnı özünün Telegram kanalında məlumat verib.

“Böyük illüzionistin doğmalarına, yaxınlarına və pərəstişkarlarına başsağlığı verirəm. Məkanı cənnət olsun”, – deyə Zapashnı yazıb.

İllüzionistin əsl adı Emil Emiloviç Renard-Kio olub. O, məşhur sovet sirk artisti və fokusçu Emil Teodoroviç Renard-Kionun oğludur. Atası da səhnədə Emil Kio təxəllüsü ilə çıxış edib.

Kio-böyük RSFSR-in Xalq artisti, irimiqyaslı tamaşaların təşkilatçısı və sirk avadanlıqlarının yaradıcılarından biri olub. O, illüzionistlər üçün əlverişsiz sayılan sirk arenasında çıxış edən ilk fokusçulardan biri kimi tanınıb. Onun ən məşhur nömrələri sırasında “Qadının ikiyə bölünməsi”, “Sirli evcik”, “Gulliver liliputlar ölkəsində”, “Şahmat” kimi səhnələr yer alıb. Kio-böyük SSRİ və Qərb ölkələrində qastrollarda olub. O, 1965-ci ildə vəfat etdikdən sonra sənət yolunu oğulları Emil və İqor Kio davam etdiriblər.

Kio-kiçik peşə fəaliyyətinə atasının yanında assistent kimi başlayıb, daha sonra “Soyuzqosçirk”in artisti olub. O, havaya atıldıqda yumşaq olan, lakin sonradan bərkiyən dirək fəndini icad edib. Həmin dirəyin üzərinə gimnast qalxaraq nömrəni davam etdirirdi.

İmran Kərimli